Ermənistanın baş naziri Nikol Paşinyan hər dəfə əsl peşəsini,yəni jurnalistikanı, xatırlayıb klaviaturaya "sarılanda" ortayaancaq demaqogiya simfoniyası kimi təsvir edilə biləcək əcaibmətnlər çıxır.
Bu dəfə Paşinyan Ermənistanın "Armenpress" agentliyində "Sülhüçün bütün şərtlər mövcuddur" başlıqlı məqalə dərc etdirib. Səbrliolmağa çalışdıq və bu qrafomaniya məhsulunu sonadək oxuduq.
Bəlli olan bir nəsnə var: Paşinyanın əsl peşəkar, həttamütəxəssis olduğu yeganə sahə marazmatik söz oyunbazlığıdır,vəssəlam.
Taleyin digər ironiyası isə budur ki, Nikol Vovaeviç məqaləniFransaya səfəri əsnasında yazıbmış. Yəni Paşinyan səfərə yollanangün yazısının dərcini tapşırıb və başqa cür də ola bilməzdi:Emmanuel Makronun həm də prezidentlik etdiyi Fransa uzun illərdirbeynəlxalq arenada Ermənistanın vəkili rolunu oynayan bir ölkədir.Aydındır ki, məqalə Paris lobbiçiliyinin gücləndirdiyi "suvereniradənin" əksi kimi təqdim olunmalı idi. Amma əslində bu, növbətidəfə riyakarlıqla bəzədilmiş revanşizm manifestindən başqa bir şeydeyil.
İlk diqqət çəkən məqam Paşinyanın növbəti dəfə Azərbaycana qarşımaymaq iddialarla çıxış etməkdən əl çəkməməsidir.
Ermənistanın baş naziri Azərbaycan torpaqlarının otuz illikişğalını unudaraq öz ölkəsini "aqressiyanın qurbanı" kimi təqdimetməyə çalışır. Onun əsas arqumenti Qərbi Azərbaycan İcmasınınmövcudluğudur. Paşinyanın fikrincə, bu təşkilat "Ermənistanıntəhlükəsizliyinə təhdid yaradır". Amma əslində vəziyyət tamamilətərsinədir: İcmanın məqsədi azərbaycanlıların Ermənistan silahlıqüvvələri tərəfindən qovulduqları tarixi torpaqlarına təhlükəsizşəkildə qayıtmasını təmin etməkdir.
Üstəlik, baş nazir heyrətamiz bir cürətlə Ermənistan ordusununyenidən silahlanmasını "islahatlar" kimi qələmə verir və bunuAzərbaycanın fəaliyyətinə bağlamamağa çalışır. O, absurd iddiasınıbelə ifadə edir: "Ermənistanın Azərbaycanla bağlı hərbiəməliyyatlar həyata keçirmək planı yoxdur. Amma Ermənistanıntəhlükəsizliyinə təhdidlər məhz Azərbaycandan qaynaqlanır".
Çox maraqlıdır! İşğal etdiyi torpaqlardan illərlə çıxmayan vəsonucda Azərbaycan Ordusunun iti qovan kimi qovduğu bir ölkə indi"təhlükəsizliyi" bəhanə gətirərək öz ordusunu "islah vəmodernizasiya" edir. Ərazilərinin 20 faizini 30 il işğalda qalan,indisə sülh müqaviləsi imzalamağa can atan bir ölkənin indi necə"təhdid mənbəyi"nə çevrilməsi isə tam bir nonsensdir.
Paşinyanın özünü sülhsevər kimi təqdim etdiyi məqalənin növbətihissəsi daha təəccüblüdür. Onun sözlərinə görə, tərəflər artıq sülhsazişinin böyük bir hissəsini razılaşdırıblar və hətta İrəvanmübahisəli məsələlər üzrə "əliaçıq, səxavətli" təkliflər irəlisürüb. Fəqət Ermənistan lideri inadla Bakının əsas tələblərinigörməzdən gəlir: beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardanimtina, sərhəddə xarici silahlı qüvvələrin yerləşdirilməsinə sonqoyulması, ATƏT-in Minsk Qrupunun ləğvi və ən əsası, ErmənistanKonstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirənmaddənin çıxarılması.
Sonuncu tələb xüsusilə vacibdir. Çünki ErmənistanKonstitusiyasında ölkə ərazilərinə Qarabağın "daxil edilməsi"İrəvanın revanşist xəyallarını davam etdirdiyinin əsas sübutudur.Amma Paşinyan bu haqda susmağa üstünlük verir və arzusunu reallıqkimi təqdim edir.
İrəvan təkcə öz səhvlərini qəbul etməkdən imtina etmir, həm dəsürətlə silahlanmaqdadır. 44 günlük İkinci Qarabağ müharibəsindənsonra Ermənistanın hərbi xərcləri üç dəfə artaraq 2021-ci ildəki600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Həm dəbu vəsait müdafiə üçün deyil, Azərbaycanın ərazisinə zərbə endirəbiləcək sistemlərin alınmasına yönəldilib. Paşinyanın sülhritorikası ilə bu fəaliyyətlər necə uzlaşır? Cavab sadədir: heçcür!
Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın riyakarlığını haqlıolaraq ifşa edib. Nazirliyin mətbuat katibi Ayxan HacızadəErmənistan tərəfinin müharibədən sonra separatçılarısilahlandırmaqla yanaşı, hərbi cinayətkarlar üzərində ədalətliməhkəmə prosesini alqışlamaqdan imtina etdiyini xatırladıb.Paşinyanın qənaətinə görəsə, Bakıda keçirilən məhkəmə prosesi"teatr tamaşasıdır". Görəsən, o, Nyurnberq məhkəmələrini də beləadlandırardımı? Bu cür bəyanatlar Ermənistan rəhbərliyinin nə qədərrevanşist və destruktiv mövqedə olduğunu bir daha sübut edir.
Nikol Paşinyanın Parisə səfəri xüsusilə diqqət çəkir. Fransauzun müddətdir ki, Ermənistan siyasətinin əsas himayəçisi rolunuoynayır - ələlxüsus da sülh təşəbbüslərinə pəl vurmaq məsələsində.Görünür, Fransanın siyasi elitası ilə keçirdiyi görüşlərdən vəcdəgələn Paşinyan, özünü geniş auditoriyaya nümayiş etdirmək qərarınagəlib.
Gerçəksə budur ki, Paşinyanın Parisə səfəri İrəvan üçünVaşinqtonla münasibətlərin soyuması fonunda dəstək qazanmaqcəhdindən başqa bir şey deyil. Ağ Evdə administrasiya dəyişikliyiErmənistanı ənənəvi "himayədar"ından xoflanmağa vadar edib və busəbəbdən də Paris status-kvonu saxlamaq istəyən ermənilərin sonümididir.
Lakin Fransa da, Ermənistan da reallığa qarşı durmaq üçün nəgücə, nə də imkana malikdir. Azərbaycan artıq sübut edib ki, əraziiddialarını və ikili standartları qəbul etməyəcək. Riyakarlıq dövrübitdi və Paşinyanın səfəri yeni geosiyasi şəraitə uyğunlaşmaqdaaciz olan bir rejimin son çırpınışlarından başqa bir şey deyil.
Nikol Paşinyanın "Armenpress"də dərc olunmuş məqaləsində"sülhpərvər" təsir bağışlamaq cəhdlərinə gəldikdə isə, faktlaranəzər salaq.
Son üç il ərzində Ermənistan hərbi xərclərini aktiv şəkildəartırır və müdafiə üçün deyil, açıq şəkildə hücum üçün nəzərdətutulan silahlar alır. Məsələn, ötən ilin oktyabr ayında Ermənistanvə Fransa arasında hava hücumundan müdafiə sistemlərinin vəartilleriya qurğularının tədarükü barədə razılaşma imzalanıb.Ermənistan mediasının məlumatına görə, söhbət Azərbaycanınərazisini hədəf ala bilən uzaqmənzilli raket komplekslərininalınmasından gedir. Rəsmi İrəvan "neytral siyasət" bəyanatlarınabaxmayaraq, NATO ilə birgə hərbi təlimlərdə fəal iştirak edir.Xüsusilə, 2024-cü ilin sentyabrında “Sülh Naminə Tərəfdaşlıq”proqramı çərçivəsində genişmiqyaslı manevrlər keçirildi. Butəlimlərdə iştirak edən Amerika və Fransa təlimatçıları əsasənhücum əməliyyatlarına diqqət yetirdilər.
Üstəlik, Ermənistanla Hindistan arasında çox aktiv hərbi-texnikiəməkdaşlığı da unutmayaq. 2023-cü ildə İrəvan Hindistanın "BharatEarth Movers Ltd." (BEML), "Tata Power Company Ltd." (TPCL) və"Larsen & Toubro" (L&T) şirkətləri ilə 214 mm çaplı "Pinaka"reaktiv yaylım atəşi sistemlərinin tədarükü barədə 353 milyondollarlıq müqavilə imzaladı. Ermənistan bu sistemlərin "müdafiəxarakterli" olduğunu bəyan etsə də, onların sıx məskunlaşmışərazilərə zərbə endirmək üçün istifadə oluna biləcəyiaçıq-aydındır.
Sülh yolunda digər ciddi maneə Ermənistanın 10 noyabr 2020-ci iltarixli Üçtərəfli Bəyanat çərçivəsində öz üzərinə götürdüyüöhdəlikləri yerinə yetirməkdən imtina etməsidir. Əsas məqamlarıxatırlayaq ki, İrəvan ya tamamilə gözardı edir, ya da öz xeyrinəyozur.
Belə ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı aydınöhdəliklərə baxmayaraq, Ermənistan əsassız şərtlər irəli sürərək buprosesi uzadır. Bu, təkcə əldə olunan razılaşmaları pozmur, həm dəbütün regionun iqtisadi inkişafına mane olur.
Sadalanan faktlar fonunda Ermənistan baş nazirinin “sülhə hazırolması” ilə bağlı bəyanatları açıq-aşkar fars kimi səslənir. Onunikiüzlü mövqeyini nümayiş etdirən, məqalədə yer alan iddialardanbəzi iqtibaslara varaq.
N.Paşinyan yazıb ki, bəs "Ermənistan konstruktiv danışıqlarahazırdır, lakin Azərbaycan təcavüzdən imtina etməlidir". Burada"təcavüz" altında Azərbaycanın beynəlxalq hüquqa əməl etmək tələbinəzərdə tutulur. Və ya "Biz silahlara qarşılıqlı nəzarət təklifedirik". Ermənistanın ilk növbədə hücum potensialını artırmaqdanimtina etməli olduğu nəzərə alınsa, bu təklif absurddur. Ənnəhayət, "Qarabağ münaqişəsi hələ həll olunmayıb". Bu iddia BMT dədaxil olmaqla beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın tərkibhissəsi kimi tanıması ilə birbaşa ziddiyyət təşkil edir.
Nikol Paşinyanın bəhs etdiyimiz ifadələri onun sülh niyyətininriyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayişetdirir. Halbuki Ermənistan münasibətlərin normallaşması üçün əsasola biləcək bir sıra beynəlxalq qətnamələri və qərarları görməzdəngəlməyə davam edir. 1993-cü ildə qəbul edilmiş BMT TəhlükəsizlikŞurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri Ermənistanqoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhalçıxarılmasını tələb edirdi. Bu tələblər bu gün də aktuallığınıqoruyur, çünki Ermənistan hələ də Azərbaycanın daxili işlərinəmüdaxilə etməyə davam edir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarınaəsasən, 2022-ci ilin dekabrında məhkəmə Ermənistanı Laçın dəhlizibölgəsində təxribatlara son qoymağa məcbur etdi. Lakin İrəvan buqərarı qulaqardına vurdu və dəhlizdən hərbi təchizat üçünistifadəni davam etdirdi. ATƏT-in Minsk Qrupunun 2005-ci ildəkitövsiyələrində Ermənistanın ərazi iddialarından imtina etməsi tələbolunurdu. Amma zaman göstərir ki, bu tövsiyələr də İrəvantərəfindən tamamilə nəzərə alınmadı.
Beləliklə, Ermənistan rəhbərliyinin "sülh" dedikdə əslində yenitəxribatlara hazırlaşmaq üçün bir fasiləni nəzərdə tutduğu aydınolur. Amma tarix sübut edir ki, belə "atəşkəslər" həmişə onlarıbaşladanlar üçün pis nəticələnir. Paşinyanın məqaləsi isə yalnızonun rəhbərlik etdiyi rejimin yarıtmaz təbliğatını ifşa edir.
Söz güclü silahdır, amma diletantın əlində yalnız onun özünəzərər vurur.
Sadalanan faktların fonunda aydın görünür ki, Ermənistan "sülh"ritorikasını yalnız yeni təxribatları ört-basdır etmək üçünistifadə edir. Paşinyanın məqaləsi revanşizmi nəcib niyyətlər adıaltında gizlətmək cəhdidir. Amma faktlar, rəqəmlər və sənədlər busaxta tamaşanı tamamilə ifşa edir.
Azərbaycan tərəfi isə əksinə, prinsiplərdən geri çəkilmədənkonstruktiv danışıqlara hazır olduğunu nümayiş etdirir. İrəvananlamalıdır ki, öhdəliklərin yerinə yetirilməsi və təxribatlardanimtina olmadan sülhə gedən yol bağlıdır. Ermənistanın revanşistambisiyalarını davam etdirmək cəhdləri sərt cavabla üzləşəcək.
Bu dəfə isə nə bəhanələr, nə məqalələr, nə də riyakarlıq buillüziyalarda yaşamağa davam edənləri xilas edə bilməyəcək.
Reallıq artıq göstərib ki, beynəlxalq hüquqdan kənara atılan hərbir addım Ermənistan üçün fəlakətlə nəticələnir.
Amma görünən budur ki, İrəvan öz tarixindən dərs çıxarmaqfikrində deyil.