AZ

Məşhur cütlük boşanır?

"Arka Sıradakiler" serialında tanış olan və dostluqları zamanla sevgiyə çevrilən Pelin Akil və Anıl Altan 2016-cı ildə ailə həyatı qurub.

News24.az xəbər verir ki, daha əvvəl ayrılıq iddiaları ilə gündəmdə olan məşhur cütlüyün yenidən boşanacağı iddia edilib.

Ayrılıq xəbərini hər fürsətdə təkzib edən cütlüyün bir müddətdir ki, ayrı yaşadığı da iddia edilir.

Bu iddialardan sonra Pelin Akil sosial media hesabında mənalı paylaşım edib.

Pelin Akil avtomobildə əvvəlcə Ayşenin “Neredesin” mahnısını, daha sonra isə Meltem Cumbulun “Seninleyim” mahnısını oxuyub.

Məşhur cütlük iddialarla bağlı hələlik açıqlama verməyib.

Günel Məlikzadə

Seçilən
33
news24.az

1Mənbələr