Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına dörd görüşlə yekun vurulacaq.
Ucnoqta.az xəbər verir ki, "Brügge" klubu "Atalanta"nı Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.
Bakı vaxtı ilə gecəyarısı keçiriləcək görüşlərdə isə "Seltik" klubu "Bavariya" ilə, "Feyenoord" klubu "Milan"la, "Monako" klubu "Benfika" ilə qarşılaşacaq.
Qeyd edək ki, cavab görüşləri fevral ayının 18 və 19-da keçiriləcək.
12 fevral
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
Saat 21:45, "Brügge" - "Atalanta".
13 fevral
Saat 00:00, "Seltik" - "Bavariya";
Saat 00:00, "Feyenoord" - "Milan";
Saat 00:00, "Monako" - "Benfika".