Yunanıstanın Ermənistana S-300 zenit-raket komplekslərini vermək niyyəti ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Yunanıstanın Müdafiə Nazirliyinin rəhbəri bu barədə Yunanıstanın Həll partiyası liderinin ötən ilin ortalarında verdiyi sorğuya cavabında bildirib. Sorğuda nazirliyin Rusiya sistemlərini başqa ölkədə istehsal olunan hava hücumundan müdafiə sistemləri ilə əvəz etmək niyyətində olduğu vurğulanıb.
Media qeyd edib ki, bundan sonra S-300-lər Cənubi Qafqaz respublikasına veriləcək.
//Samir Qurbanov, Editor.az