Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 11-də gecə saatlarında qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirləri nəticəsində Gədəbəy rayon sakininə məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini 23 yaşlı T. Verdiyev və 19 yaşlı Gədəbəy rayon sakini A.Ələsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin