İş adamı İlon Mask hamiləliyin qarşısını alan kontraseptiv dərmnaların depressiya yaratdığını və partnyor seçimə, qadının bəyəndiyi kişi tiplərinə təsir etdiyini bildirib. İxtisasca mühəndis olan hərşeyşünas Maskın dediklərini tədqiq etdik.
Məlum oldu ki, kontraseptiv dərmanlar və onların depresiya yaratmaq ehtimalı birmənalı deyil. Bu dərmanlar xüsusilə hormonal olanları, bəzən əhval-ruhiyyə dəyişikliklərinə səbəb olur. Amma bu hal hər kəsdə müşahidə edilmir. Alimlər bildirir ki, bir çox kontraseptiv dərmanlar, xüsusilə kombinasiya edici oral kontraseptivlər – estrogen və progestin hormon səviyyələrini dəyişir. Bu dəyişikliklər bəzən beyindəki kimyəvi maddələrin balansını poza bilər ki, bu da əhval-ruhiyyə dəyişkənliyi yaradır.
Bir çox tədqiqatda hormonal kontraseptivlərin depressiya riskini artırıb-artırmadığı məsələsi araşdırılıb. Bəzi tədqiqatlar, xüsusilə gənc qadınlarda, kontraseptivlərin depressiya simptomlarını artırdığını göstərib. Lakin, başqa araşdırmalar bu əlaqənin olduğunu sübut edə bilməyib.
Hamiləliyin qarşısını alan kontraseptiv dərmanların qadının arzuladığı və ya bəyəndiyi kişi tipinə birbaşa təsir etdiyi barədə heç bir elmi tədqiqat yoxdur.
Lakin bu dərmanların xüsusilə gənc qızların istifadəsi zamanı yaratdığı fəsadlar vardır. Alimlər xüsusilə bu cür dəmanları menstrusasiya ağrıları zamanı içməyi məsləhət görmür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta