“Real Madrid”in Vinisius Juniora təklif etdiyi yeni müqavilənin detalları məlum olub. Metbuat.az xəbər verir ki, futbolçu təklifin maddi tərəfdən onu qane etmədiyini irəli sürərək, rədd edib. “The Athletic”də dərc edilən xəbərə görə, “Real” futbolçuya Kilian Mbappenin qazandığı kimi 15 milyon avro maaş təklif edib. Lakin futbolçu daha yüksək məbləğ tələb edib. Xəbərdə deyilir ki, Vinisiusun nümayəndələri Mbappenin 15 milyon avroluq məvacibindən əlavə gəlirlərinin olduğunu irəli sürərək, Vinisiusa da oxşar müqavilənin təklif edilməsini tələb ediblər. Qeyd edək ki, Vinisius Juniora Səudiyyə Ərəbistanı klublarından təklif olduğu barədə xəbərlər dərc edilib. Məlumata görə, futbolçu 5 illik təklifi qəbul edərsə, 1 milyard avro gəlir əldə edə bilər.