AZ

BrahMos qanadlı raketin yeni versiyası hazırlanır

BrahMos Aerospace Rusiya-Hindistan müştərək müəssisəsi BrahMos səsdən sürətli qanadlı raketin yüngülçəkili versiyasının ilkin dizayn mərhələsini başa çatdırıb və onun üçün sənədləri hazırlayır.

Herbiand.az bildirir ki, bu barədə TASS-a şirkətin idarəedici direktoru Aleksandr Maksiçev bu həftə Banqalorda keçirilən Aero İndia 2025 aviaşousu çərçivəsində məlumat verib.

O deyib ki, “BrahMos-MA” raketinin yüngülvari versiyasının sənədləri hazırlanır: “İlkin layihələndirmə mərhələsi başa çatıb. Sənədlər təsdiq edildikdən sonra sınaqlar aparılacaq. Hər şey təsdiq edildikdən və bütün mərhələlərdən sonra uçuş sınaqları üçün məhsulların yığılması başlaya bilər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr