AZ

Kreml Zelenskinin təklifini rədd edir

Xəbər verildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski gələcək danışıqlar zamanı Rusiyanın Kursk vilayətinin Ukraynanın nəzarətində olan ərazilərinin işğal altındakı Ukrayna əraziləri ilə dəyişdirilməsinin mümkünlüyü barədə bəyanat verib.

Tribunainfo.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Kremlin Zelenskinin bu təklifini qəti şəkildə rədd etdiyini deyib.

Zaxarova öz Telegram kanalında bu ssenarini mümkünsüz hesab edərək, Kursk vilayətinin bir hissəsinə nəzarət edən ukraynalı hərbçiləri “neonasist” adlandırıb: “Zelenski bu istiqamətdə Ukrayna Silahlı Qüvvələri üçün fəlakətin əsl miqyasını gizlətmək üçün belə bəyanatlar verir”.

Seçilən
6
2
tribunainfo.az

3Mənbələr