Hindistan polisi Baş nazir Narendra Modinin təyyarəsinə hücum təhdidinin yayılmasından sonra araşdırmalara başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Hindustan Times" yazır.
“Fevralın 11-də Mumbay polisinin nəzarət otağına baş nazir Modinin xaricə rəsmi səfərə gedərkən təyyarəsinə terrorçuların hücum edə biləcəyi barədə xəbərdarlıq daxil olub”, - polisin açıqlamasında deyilir.
Qeyd olunur ki, idarə dərhal təhlükəsizlik xidmətlərinə məlumat verib və araşdırmaya başlayıb.
Fevralın 10-da Hindistanın baş naziri Fransaya səfərə gəlib.
Gülayə Mecid