AZ

Kanada fentanillə mübarizəyə başladı

Kanada hökuməti dünən ölkədə fentanil narkotikinə qarşı mübarizəyə rəhbərlik etmək üçün bir kəşfiyyatçı təyin etdiyini açıqladı. Kanada bununla da ABŞ da daxil olmaqla bir çox ölkəyə qarşı ticarət müharibəsi aparan Donald Trampa verdiyi vədi yerinə yetirib.

Ottava qeyri-qanuni immiqrasiya və fentanil qaçaqmalçılığı ilə mübarizəni gücləndirməsə, Tramp Kanadadan bütün idxal mallarına rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Kanadanın Baş Naziri Castin Trudeu verdiyi açıqlamada, “Kevin Brossonun bu gün fentanillə mübarizə üzrə baş mütəxəssis vəzifəsinə təyin edilməsi Kanadanın ABŞ ilə əməkdaşlıqda narkotik maddə ticarətini aşkar etmək, pozmaq və aradan qaldırmaq səylərini sürətləndirəcək”, – deyib.

Keçmiş yüksək rütbəli polis zabiti Brosso bu yaxınlarda baş nazirin milli təhlükəsizlik və kəşfiyyat üzrə müşaviri təyin edilib. Təyinat Ottavanın insan və narkotik ticarəti ilə mübarizədə ABŞ ilə sərhədlərini və əməkdaşlığı gücləndirmək üçün həyata keçirdiyi son tədbirlərin davam etdiyini göstərir.

Ottava, iki ölkə arasındakı təxminən 9,000 kilometrlik sərhəddə “yeni helikopterlər, yeni texnologiyalar və daha çox personal” yerləşdirmək üçün 1,3 milyard Kanada dolları (təxminən 1.55 milyard manat) ayırmağı öhdəsinə götürdü. ABŞ-ın rəsmi rəqəmlərinə görə, keçən il ABŞ-da ələ keçirilən fentanilin yüzdə bir hissəsi Kanadadan gətirilib.

Seçilən
15
vaxt.az

1Mənbələr