“Tesla”nın səhmləri 6,3 faiz ucuzşalıb.
AzPost “Forbes”ə istinadən bildirir ki, ucuzlaşma Çinin BYD-nin açıqlamasından sonra qeydə alınıb.
BYD 21 avtomobil modelini avtopark və magistral naviqasiya funksiyalarını özündə birləşdirən qismən avtomatlaşdırılmış sürücülük sistemləri ilə təchiz edəcəyini açıqlayıb. Həmçinin DeepSeek-dən süni intellektlə sürücüyə yardım sistemini təqdim edəcək.
CNBC qeyd edir ki, investorlar İlon Maskın şirkətinin rəqiblərindən geri qalmasından narahatdırlar. Onlar həmçinin Maskın Tramp administrasiyasındakı işi və OpenAI almaq cəhdləri kimi Tesla xaricindəki fəaliyyətləri ilə də çaşqınlıq hissi keçirirlər.
Oppenheimer analitikləri deyirlər ki, avtonom idarəetmədə rəqabət Teslanın gəlirliliyini məhdudlaşdıra bilər.