Suriya ordusu Livanla sərhəddə devrilmiş rejimin saxta əskinas çap etdiyi obyekti ələ keçirib.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, Suriyada ordu sərhəddə qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün Homs şəhərinin Qusayr bölgəsində genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyat zamanı devrilmiş Əsəd rejimi üzvlərinin bölgədə müasir maşınlarla saxta xarici valyuta istehsal etdikləri obyekt müəyyən olunub. /APA
"Cebheinfo.az"