Kolumbiyanın perspektivli velosipedçisi Juan David Cardenas 19 yaşında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, yolda məşq edərkən dayandığına diqqət etmədiyi yol istismar maşınına çırpılıb.
Son bir neçə aydır Portuqaliyanın “Portos Windmob” komandası ilə əməkdaşlıq edən idmançı Boyaca Çempionlar Yarış Proqramında iştirak edib.
2021-ci ildə keçirilən müsabiqədə ikinci olub.
2024-cü ildə Kolumbiyada velosiped sürərkən ölənlərin sayının 408-ə çatdığı öyrənilib. Əvvəlki il itkilərin sayı 448 idi.
Medianews.az