Türkiyəli məşhur aktyor Halit Ergençin uzun müddətdir gözlənilən yeni serialı “Kral Kaybederse” ötən axşam yayıma başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, “Star” telekanalında yayımlanan ekran işinin birinci bölümü gözləntilərin gerisində qalıb.
Belə ki, layihənin ilk bölüm reytinq siyahısında 9-cu olub. “Kral Kaybederse” çərşənbə axşamı yayımlanan serialların heç birini keçə bilməyib. Halit Ergençin baş rolda oynadığı serial “Bahar”, “Bir Gece Masalı”, “Mehmed: Fetihler Sultanı” və “Survivor”un gerisində qalıb.