AZ

ABŞ-yə qayıdan keçmiş diplomat əlində pivə Trampla görüşdü - FOTO

Rusiya ilə fikir mübadiləsindən sonra ABŞ-yə qayıdan amerikalı Mark Vogel Amerika Prezidenti Donald Trampla görüşə bir banka pivə ilə gəlib. 

 

Sfera.az xəbər verir ki, müvafiq kadrlar Ağ Evin sosial media səhifəsində yayımlanıb.

 

Vogel  onun azad edilməsində iştirak edən hər kəsə təşəkkür edib.

 

“Mən Vladimir Putinə də təşəkkür edirəm .O məni əfv etdi",- amerikalı bildirib.

 

Qeyd edək ki, Mark Vogel ABŞ vətəndaşıdır, 2021-ci ilin may ayına qədər ABŞ-nin Moskvadakı səfirliyində çalışıb və diplomatik statusa malikdir. O, iki ay Moskva Anglo-Amerikan Məktəbində dərs deyib. 2021-ci ilin avqustunda Şeremetyevo hava limanında saxlanılıb.

 

Daha sonra o, Moskva vilayətinin Ximki Məhkəməsi tərəfindən 14 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik qaçaqmalçılığı, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub.

 

"New York Times” qəzetinin yazdığına görə, Vogel Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun Kremllə danışıqları nəticəsində azadlığa buraxılıb.

 

ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya Vogeli geri qaytarmaqla ABŞ-yə qarşı çox yaxşı addım atmış olub. Siyasətçi etiraf edib ki, Vogelin azadlığa buraxılması Ukraynadakı münaqişənin  həllinə imkan verəcək münasibətlərin “başlanğıcı” olacaq . 

 

İnci 
 

Seçilən
3
sfera.az

1Mənbələr