AZ

FHN Bakıda “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakıdakı “Grand Hotel Europe”də “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

APA xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd otelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, hotel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, otellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə məlumat verilib və videoçarxlar nümayiş etdirilib.

Təlimin növbəti hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verilib. FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıb. Şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.

FHN FHN FHN FHN FHN FHN FHN FHN
Seçilən
4
14
apa.az

10Mənbələr