Bakı. Trend:
Mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu,A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalımüəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlamazamanı bir sıra nöqsanlar aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, emal prosesinin normativ tələblərə uyğun həyatakeçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyənolunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokoltərtib edilib. Araşdırmalar davam etdirilir.