“Fələstinlilərin Qəzza zolağı və İordan çayının qərb sahili ərazilərindən köçürülməsi region üçün qəbuledilməzdir”.
Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt Dubayda keçirilən Dünya Hökumətləri Sammitdə çıxışı zamanı deyib.
O bildirib ki, 100 ildir bu ideya ilə mübarizə aparan ərəb dünyası üçün bu plan qəbuledilməzdir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib.
Daşqın HəsənovMissiya.Az