AZ

Mövsümdə 3-cü dəfə: Hər üçündə "Qarabağ"

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ən böyükhesablı nəticəsi təkrarlanıb.

Publika.az xəbər verir ki, xəbər verir ki, bu, 22-ci turda "Qarabağ"ın "Səbail"i 5:0 hesabı ilə məğlub etdiyi matçda reallaşıb.

Peşəkar Futbol Liqasının məlumatına görə, mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki iki matçda olduğu kimi, yenə “Qarabağ” fərqlənib.

Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub edib.

Seçilən
5
publika.az

1Mənbələr