AZ

Ceyhun MRT-nin cavabını gözləyir

Misli premyer-liqasının 22-ci turunda “Neftçi”ni qəbul edən “Zirə” itki ilə üzləşib.

Meydan sahiblərinin yarımmüdafiəçisi Ceyhun Nuriyev zədələnib. Matçın 9-cu dəqiqəsində Ohori ilə toqquşan millimizin üzvü ayağa qalxa bilməyib. Həkimlərin müdaxiləsindən sonra onu meydandan çıxarıblar.

Ceyhunun durumuna aydınlıq gətirmək üçün “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Ceyhunun vəziyyəti hələlik bilinmir. Bir-iki gündən sonra maqnit-rezonans tomoqrafiyasından keçəcək. Onda hansı müddətə sıradan çıxdığı bilinəcək”.

ƏSƏD SEYİDOV
Seçilən
13
football-plus.az

1Mənbələr