“Hüquqlarını müdafiə etdiyimiz Bəxtiyar Həsənalızadənin “Tuzlaspor”a qarşı məhkəmə işini uğurla yekunlaşdırdıq. FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən milli futbolçumuza kompensasiya klub tərəfindən ödənilmişdir”.
Türkiyə klubu borclu olduğu bütün pulu verdimi?Klubla münasibətlərinizdə soyuqluq yaranmadı ki? Bu sualları Elcan bəyə ünvanladıq:
“Bəli, klub futbolçuya borcunu qərara uyğun şəkildə tam ödəyib. Klubla hansısa soyuqluq olmadı. Əksinə, münasibətlər daha da yaxşılaşdı”.
ƏSƏD SEYİDOV