Maliyyə Nazirliyi sanitar qovşaqları üçün sərfiyyat materiallarının satın alınması ilə bağlı müsabiqə elan edib.
Ölkə.Az xəbər verir ki, qurum bununla bağlı müqavilə imzalayacağı şirkətə 90.072,94 manat ayıracağını nəzərdə tutub.
Belə ki, razılıq əldə olunduqdan sonra nazirlik həmin müəssisədən ümumilikdə 26.580 məhsul alacaq. Dövlət qurumunun sanitar qovşağı maye sabun, rulon əl dəsmalı, tualet kağızı, unitaz üçün birdəfəlik kağız oturacaq, masaüstü salfet, əl üçün salfetlər (H2), hava təravətləndirici ilə təmin ediləcək.
Həmidə İbrahimova