AZ

Hitlerin sevimli yəhudisi – o, füreri qətlə yetirib və cəzasız qalıb

II dünya müharibəsi bitdikdən sonra Amerika əsgərləri Adolf Hitlerin şəxsi sürücüsü və yaxın yoldaşı Emil Morisi saxlayıblar. Məhkəmə onu “ikinci dərəcəli cinayətkar” kimi tanıyıb. O, ağır cinayətlərdə ittiham edilməyib. Moris 4 il həbs cəzasına məhkum edilib. Lakin o, hökmdən apellyasiya şikayəti verib və vaxtından əvvəl azad edilib.

İdeoloji yoldaş

1897-ci ildə Vestermur şəhərində anadan olan Emil saat ustası və təmirçi kimi təhsil alıb. Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan Moris qısa müddət ərzində Hitlerlə yaxın dost olub. Təşkilat yarandığı ilk dövrlərdə olduqca kiçik olub, ona görə də üzvlər bir-birlərini adları ilə tanıyıblar.
Məhz o zaman Moris və Hitler arasında yaxın dostluq münasibəti yaranıb. Emil Moris nümayişlər zamanı etirazçıları qoruyan xüsusi təyinatlı dəstənin rəhbəri təyin olunub. Konkret olaraq onun bölməsi gələcək fürerin müdafiəsi ilə məşğul olub.

scale_2400

1921-ci ilin noyabrında Münhendə baş verən toqquşma zamanı Moris öz xarakterini göstərə bilib. Hitler həmin hadisələri nostalji ilə xatırlayaraq həmişə Emili çox tərifləyib və mehribanlıqla “mənim cəsur Morisim” deyib. Hitler dəmir barmaqlıqlar arxasında olanda da Emil onunla olub. Gələcək diktator məşhur kitabının ilk fəsillərini ona diktə edib.

Bir müddət sonra yoldaşlar arasında münasibətlər xeyli pisləşib. Emil Hitlerin qardaşı qızını bəyənib. Bu münasibət Adolf Hitlerin xoşuna gəlməyıb və sonda Geli Raubal ilə Emili ayırıb. Emil nəticədə SS-i tərk etmək məcburiyyətində qalıb. O, partiyadan aldığı təzminatla böyük saat mağazası açıb və saat ustası peşəsinə qayıdıb.

scale_2400

Yəhudi qanı, qətllər

1933-cü ildə Almaniyada Adolf Hitlerin partiyası hakimiyyətə gələndə Emil SS sıralarına qayıdıb. Tədqiqatçılar hesab edirlər ki, Moris “Uzun bıçaqlar gecəsi” zamanı çox sayda həbslər və qətllərdə iştirak edib. İyulun 13-də Reyxstaqda çıxış edən Hitler 77 üsyançı nasistin öldürüldüyünü bildirib.
1946-cı ildə Nürnberq tribunalının sənədləri göstərib ki, əslində “Uzun bıçaqlar gecəsi” zamanı 200 nəfər ətlə yetirilib. Ehtimal olunur ki, fürer şəxsən Emil Morisə Edmund Heynes və Bernhardt Ştemplfeni öldürmək göstərişini verib. Emil təbii ki, bu edamlarda iştirakını inkar edib.

scale_2400.png

Hitler və Moris arasındakı dostluq III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri Henrix Himmleri çox narahat edib. Himmler SS reyxsfüreri təyin edildikdə, hər bir zabit qan təmizliyi testindən keçmək məcburiyyətində qalıb. Nəticədə Emilin yəhudiəsilli olduğu məlum olub. Himmler bu barədə fürerə yazıb və o, Morisin SS-dən qovulmasını istəyib. Lakin Hitler güzəştə gedib və köhnə dostuna toxunmayıb. Hətta Morisin qardaşları da SS sıralarından qovulmayıb.

1945-ci ildə həbs edilən Moris dindirmələr zamanı çox nəzakətli və diplomatik davranıb. O, yalnız təsdiqi mümkün olmayan faktlar haqqında səmimi danışıb, yəhudi mənşəyinə əsaslanaraq deyib ki, yəhudi antisemit ola bilməz. Şvartsenberger nəvəsi Morisi həbsxanadan çıxarıb və əmlakının müsadirə olunmasının qarşısını alıb.

scale_2400

Məşhur yəhudi Şvartsenberger Hamburq teatrının sahiblərindən biri olub. Emil azadlığa qovuşaraq vətənə qayıdıb və yenidən saat təmiri ilə məşğul olub. SS dövründə etdiyi əməlləri barədə az məlumat olan Emil 76 yaşında vəfat edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Seçilən
15
2
turkustan.az

3Mənbələr