AZ

Putin sülhə hazırlaşmır... - ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın pilotsuz təyyarəsinin Ukraynaya hücumuna və Kiyevə ballistik raket zərbəsinə münasibət bildirib.

XəzərNews.azxəbər verir ki, bu barədə o, Telegram-da yazıb.

Onun sözlərinə görə, yaşayış və inzibati binalara, mülki infrastruktura ziyan dəyib.

"Bütün xidmətlər yerli olaraq işləyir, insanlara kömək edir və terrorun nəticələrini aradan qaldırır. Kiyevdə bir nəfərin öldüyü məlum olub, bir uşaq da daxil olmaqla daha dörd nəfər yaralanıb. Rusiyanın Ukraynaya qarşı bu terroru öz-özünə dayanmayacaq. Putin sülhə hazırlaşmır - o, ukraynalıları öldürməkdə və şəhərləri dağıtmaqda davam edir. Yalnız güclü addımlar və Rusiyaya təzyiq bu terroru dayandıra bilər. Hazırda bu müharibənin ədalətli sona çatması üçün mübarizədə bütün tərəfdaşlarımızın birliyinə və dəstəyinə ehtiyacımız var", - deyə Zelenski əlavə edib.

Xəbər 4 dəfə oxunub.
Seçilən
4
xezernews.az

1Mənbələr