AZ

NASA-dan dəhşətli xəbərdarlıq: bu tarixdə Yerlə toqquşacaq

Astronomlar “2024 YR4” adlı asteroidin 2032-ci ildə Yerlə toqquşma riskinin 43-də 1-ə (2,3 faiz) yüksəldiyini bildiriblər.

Publika.az xəbər verir ki, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqat İdarəsi (NASA) də şəhərləri məhv edəcək qədər güclü asteroid ilə bağlı xəbərdarlıq edib.

NASA beynəlxalq astronomlar qrupuna kosmik parçanın nə qədər ziyan vuracağını müəyyən etmək üçün “James Webb Kosmik Teleskop”undan (JWST) istifadə etməyə icazə verib.

Astronomlar asteroid haqqında hesablamalar aparmaq üçün JWST-dən istifadə edəcəklər.

Seçilən
25
3
publika.az

4Mənbələr