AZ

Prezident: Biz vəd etdiklərimizi yerinə yetirdik

Prezident İlham Əliyev Azərbaycan xalqına vəd edilənləri yerinə yetirdiklərini və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini bərpa etdiklərini bildirib.

Bu barədə Dövlət başçısı Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində danışıb.

Prezident liderliyin böyük bir məsuliyyət olduğunu və liderin həmişə öz xalqına münasibətdə ədalətli olmalı olduğunu vurğulayıb:

"Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır".

Seçilən
53
24
aznews.az

10Mənbələr