AZ

Neftçalada avtomobil aşıb, sürücü xəsarət alıb (FOTO)

Bakı. Trend:

11.02.2025-ci il tarixdə saat 18:00 radələrində Neftçalarayonunun Qaçaqkənd kəndi ərazisində sürücü Nəhmədov Qamət Sahiboğlu idarə etdiyi "Mercedes" markalı, 90-DH-388 dövlət qeydiyyatnişanlı avtomobili yolun kənarına aşırıb.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumatverilib.

Bildirilib ki, hadisə nəticəsində sürücü Q.Nehmədov xəsarətalıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumata əsasən, təhlillər onu deməyə əsas verir ki, miniknəqliyyat vasitələrinin yoldan çıxaraq aşmasının səbəbləri əsasənaşağıdakılardır:

- Sürət həddinin aşılması – Yüksək sürətlə hərəkət edərkənavtomobilin idarə olunması çətinləşir və döngələrdə yol tutuşuazalır.
- Sürüşkən və ya pis yol şəraiti – Qar, buz, yağış və ya qumavtomobilin təkərlərinin yol tutuşunu azaldaraq sürüşməsinə səbəbola bilər.
- Ani və kəskin manevrlər – Qəfil dönmələr və ya ani əyləcləmənəticəsində avtomobilin stabilliyi pozula bilər.
- Təkərlərin nasaz olması – Köhnəlmiş və ya standartlara uyğunolmayan təkərlər (məsələn, qışda yay təkərləri) yol tutuşunuzəiflədir və qəza riskini artırır.
- Asqı və sükan sistemindəki problemlər – Avtomobilin asqı və sükansistemində nasazlıqlar idarəetməni çətinləşdirə bilər.
- Sərxoş və ya yorğun sürücü – Spirtli içki və ya narkotikmaddələrin təsiri altında, həmçinin yorğunluq səbəbilə sürücününrefleksləri zəifləyir.

Qeyd edilib ki, bu hadisələrin qarşısını almaq üçün sürücülərdiqqətli olmalı, avtomobillərini mütəmadi olaraq yoxlamalı və havaşəraitinə uyğun sürüş tərzi seçməlidirlər.

Neftçalada
Neftçalada
Məqalədə:
Seçilən
27
12
az.trend.az

10Mənbələr