AZ

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardmın növbəti hissəsi yola salınıb.

Məlumata görə, Ukrayna üçün qeyd olunan humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi fevralın 7-də göndərilib.

Adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir.

Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd olunan avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.//Report

Seçilən
46
49
ictimairey.az

10Mənbələr