Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinintəşkilatçılığı ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “GrandHotel Europe”də “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusundatəlim keçirilib.
Trend xəbər verir ki, FHN-inDövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi RiskliXilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə vətexnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd otelinişçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlıdavranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşlarıtərəfindən otel kollektivinə yanğın təhlükəsizliyinin təminedilməsi üçün zəruri tədbirlər, otellərdə baş verə bilən yanğınlarzamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumatverilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərtiyanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-inyanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq,“yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın başvermiş mehmanxanada təxliyə planına uyğun olaraq, xilasedicilərtərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyatakeçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardımgöstərilib”.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nailolunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyitərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.