ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Baş Müfəttişlik İdarəsinin rəsmisi çərşənbə günü “Reuters” agentliyinə bildirib ki, baş müfəttiş Pol Martin tutduğu vəzifədən kənarlaşdırılıb.
Qurumun müstəqil hökumət nəzarətçisi olan baş müfəttiş ofisinin hesabat yaymasından bir gün sonra atılıb. Prezident Donald Trampın administrasiyasının USAİD işçilərini ixtisar etmək və yardımı dayandırmaq qərarı agentliyin 8,2 milyard dollarlıq xərclənməyən yardıma lazımi qaydada nəzarət etmək qabiliyyətinə mane olub.