Xalq artisti Gülyaz Məmmədova cavanlığından söz açıb.
Yenisabah.az xəbər verir ki, o, "El canlı" proqramında Bakıya necə gəlib çıxamsını xatırlayıb:
"Güclə Bakıya gəlib çıxmışam. Kəndə necə qayıdım? Tütünün, baramanın içindən qaçmışam. Ay kəndimin camaatı, bağışlayın məni gələ bilmərəm.
O günlər üçün çox darıxıram. İnsan uşaqlığını çox axtarır. Gəncliyinizin qədrini bilin, gözəl cavanlar. "Kolxoz" dövrü idi , çıxdı getdi. Toxa döyürdülər, mən əlimi qulağıma qoyub mahnı oxuyurdum hamı mənə baxırdı. Evə də gedəndə məni söyürdülər ki, mahnı oxudun sənə baxdıq, başımız qarışırdı".
Telegram kanalımız