AZ

Fevralın 12-də dövlət başçısı İlham Əliyev dünən Bakıya rəsmi səfərə gələn Somali prezidenti Hasan Şeyx Mahmud ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin saytında yer alan məlumatda bildirilir.

Daha sonra aşağıdakı ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib:

- Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

- Azərbaycanın Energetika Nazirliyi ilə Somali Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

- Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Somali Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş.

- "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş".

Eyni zamanda, iki dövlət başçısı mətbuat üçün bəyanatla çıxış edib.

Seçilən
4
turan.az

1Mənbələr