ABŞ prezidenti Donald Tramp Konqresin Ukraynaya hərbi yardım üçün ayırdığı və ABŞ-ın əvvəlki rəhbəri Co Bayden tərəfindən istifadə edilməyən 4 milyard dolları Kiyevə köçürmək niyyətində olub-olmaması ilə bağlı suala birmənalı cavab verməyib.
Trampdan bunu edib-etməyəcəyini soruşduqda “Baxarıq” cavabını verib.
Pentaqon yanvarda bildirib ki, Konqresin Ukraynaya hərbi yardım üçün ayırdığı ümumi məbləğdən 4 milyard dolları Bayden administrasiyası tərəfindən istifadə edilməmiş qalıb.
Bəxtiyar CƏFƏRLİ