AZ

39 yaşlı aktrisanın 21 yaşlı tələbə rolunu oynaması tənqidlərə səbəb oldu

39 yaşlı aktrisanın 21 yaşlı tələbə rolunu oynaması tənqidlərə səbəb olduÇoxdandır gözlənilən "Kral Kaybederse" serialı dünən axşam ilk bölümü ilə ekranlara çıxıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, serialda 21 yaşlı universitet tələbəsi Fadi obrazını canlandıran 39 yaşlı aktrisa Merve Dizdar sosial mediada böyük tənqidlərə məruz qalıb.

Belə ki, sosial mediada: "Merve Dizdarın təbii qalmaq cəhdinə hörmətlə yanaşıram, bütün gözəllik qavrayışlarına baxmayaraq təbiiliyi seçib. Amma universitetdə oxuyan gənc qızı oynamağı çox gülüncdür", "Çox pis seçimdir", "Merve Dizdarı çox gənc bir universitet tələbəsi roluna kim uyğun gördü?" kimi şərhlər edib.

Qeyd edək ki, baş rollarda Halit Ergenç, Merve Dizdar və Aslıhan Gürbüzün oynadığı "Kral Kaybederse" serialı Gülseren Budayıcıoğlunun eyniadlı romanından uyarlanıb.

Seçilən
5
sonxeber.az

1Mənbələr