Avstriyada saxta şaman fırıldağında şübhəli bilinən “Amela” ləqəbli qadının tutulması üçün Avropa ölkələrində axtarış elan edilib.
Medianews.az xəbər verir ki, Mariana M. adlı 44 yaşlı avstriyalı qadının evindən 10 milyon avro dəyərində nağd pul, qızıl-zinət əşyaları və qızıl ələ keçirildiyi bildirilir.
Məlumata görə, Avstriya polisi tərəfindən axtarılan şübhəli şəxs özünü şaman kimi təqdim edib və külli miqdarda pul müqabilində müxtəlif ayinlər icra edib.
Qadının 29 yaşlı oğlu da Avstriyada saxlanılıb.
Səlahiyyətlilər Amelanın Avstriya, Almaniya və İsveçrədə dələduzluq etdiyinə inanırlar.
Məlumata görə, saxta şaman ona müraciət edən şəxsə yaxın qohumu tərəfindən lənətləndiyini deyib və lənəti aradan qaldırmaq üçün edəcəyi rituala 730 min avro qiymət qoyub.
Medianews.az