Ermənistanda adi bir hakimiyyət dəyişikliyindən qat-qat dərin partlayış yetişir.
“AzPolitika” xəbər verir ki, bunu erməni politoloq, “Alternativ layihələr” qrupunun eksperti Vahe Hovhannisyan öz “facebook” səhifəsində yazıb.
Politoloq qeyd edib ki, Ermənistanda baş verəcək hadisələr inqilabdan da betər ola bilər: “Bu, hətta inqilabdan da artıq ola bilər. İctimai həyatın müxtəlif sferalarında baş verən müxtəlif təzahürlər və digər göstəricilər ondan xəbər verir ki, qaçılmaz olan hadisələr “təxirə salınr”, cəmiyyət isə təhqir olunur. Cəmiyyət təhqir olunduqda dövlətlərdə idarəolunmaz dəyişikliklər baş verir. Biz bu prosesə başlamışıq. Xalqın gördükləri onu incitməyə bilməz. Əks halda xalq yoxdur.
Müharibə, məğlubiyyət, sonsuz ölümlər, sonsuz yalanlar, sonsuz düşmənçilik, sonsuz kin… İndi isə buna “məxməri məmurlar”ın sürətlə zənginləşməsi (bu artıq gizlədilmir) və geniş kütlələrin sosial vəziyyətinin pisləşməsi də əlavə edilib. Bu hakimiyyətin 2025-ci il üçün xalqa tətbiq etdiyi insanların həyatını pisləşdirmək üçün yeniliklər paketi sadəcə olaraq öz xalqına sosial müharibə elan edilməsidir.
Ermənistan cəmiyyəti bütün siyasi birliklərə və “liderlərə” aşağı qiymət verməklə yanaşı, eyni zamanda çox ciddi dəyişiklik tələbi ilə çıxış edir”.
“AzPolitika.info”