Hindistan polisi Baş nazir Narendra Modinin təyyarəsinə terror hücumu təhlükəsi barədə xəbərdarlıqdan sonra araşdırmalara başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Məlumata görə, Mumbay polisinə Modinin xaricə səfərləri zamanı terrorçuların onun təyyarəsinə hücum edə biləcəyi ilə bağlı xəbərdarlıq zəngi edilib. Polis aldıqları məlumatın “ciddi xarakterli” olduğunu bildirib, digər qurumlara məlumat verib və araşdırmalara başlayıb.
Modi fevralın 10-da Fransaya gedib və bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırlaşır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta