1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-yə xarici səfərləri zamanı onun təyyarəsinə terror hücumu təhdidinə dair daxil olan məlumatdan sonra araşdırma aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti Mumbayın hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.
Bildirilir ki, N.Modinin xaricə səfəri zamanı terrorçuların onun təyyarəsinə hücum edə biləcəkləri haqqında Mumbay polisinə zəng daxil olub.
Qeyd edək ki, baş nazir fevralın 10-da yollandığı Fransada səfərdədir. N.Modi oradan ABŞ-yə uçacaq.