İstanbulu Avropa və Asiya hissələrinə ayıran Boğaziçi boğazında gəmiçilik qatı duman səbəbindən müvəqqəti olaraq bağlanıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.
“Yerli vaxtla saat 03:10-da hava şəraiti normallaşana qədər sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, - deyə məlumatda bildirilir.
Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, çərşənbə gecəsi şəhərin şimal hissələrini qatı duman bürüyüb.