ABŞ Prezidenti Donald Tramp ABŞ dövlət qurumlarından DOGE və onun rəhbəri Mask ilə əməkdaşlıq etməyi tələb edən Fərman imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Agentlik rəhbərləri federal işçi qüvvəsinin sayını azaltmaq və vacib vəzifələr üçün işə qəbulu məhdudlaşdırmaq üçün DOGE ilə əlaqələndirəcək və məsləhətləşəcəklər", - Fərmanda deyilir.
Fərman "hökumətin ölçüsünü əhəmiyyətli dərəcədə azaltmaq" məqsədi daşıyır və "geniş miqyaslı" iş yerlərinin ixtisarına çağırır.