AZ

Tramp: Bu axşam Rusiya-Ukrayna müharibəsi üçün önəmlidir

ABŞ Prezidenti Donald Tramp Rusiyanın əsir götürdüyü Birləşmiş Ştatlar vətəndaşını qəbul edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki,  Oval Ofisdə mətbuat mənsubları ilə görüşən Tramp gündəmə bağlı açıqlamalar verib.

D.Tramp qeyd edib ki, bu gün azadlığa buraxılan ABŞ vətəndaşı Mark Fogel Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün mühüm səbəbkar ola bilər: 

 “Bu gecə bu müharibənin sonu üçün çox əhəmiyyətli bir axşamdır”. 

ABŞ dövlət başçısı qeyd edib ki, Ukrayna ərazisində baş verən hadisələr çox dəhşətlidir: 

"Ukraynada çoxlu insanlar öldürülüb. Olayları dəhşətli hadisə kimi adlandırmaq olar".

Əli Hüseynov

 

Seçilən
268
bakivaxti.az

1Mənbələr