ABŞ prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) baş müfəttişi Pol Martini vəzifəsindən azad edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "NBC News" kanalı məlumat yayıb.
Fevralın 10-da USAİD-in Baş Müfəttişlik İdarəsi ABŞ prezidentinin və onun administrasiyasının hərəkətlərinin USAİD-ə mənfi təsirini əks etdirən hesabat yayıb.
Buraya işçilərin ixtisarı və nəzarətin olmaması ilə bağlı təhdidlər, habelə ABŞ-ın xarici yardımının dayandırılması ilə bağlı qeyri-müəyyənlik daxildir.