Ötən ilin sentyabr ayında “Apple” şirkəti “iPhone 16” seriyasını təqdim etdi. Hal-hazırda “iPhone 16” seriyası xarici ölkələrdə müxtəlif qiymətlərə satılır.
İndex.az-ın araşdırmasına görə, “iPhone 16 Pro Max”ın Azərbaycandakı satış qiyməti 3599 AZN-dir (2117 dollar).
Qonşu ölkə Gürcüstanda isə “iPhone 16 Pro Max” 1648 dollara, Türkiyədə 2770 dollara, Ermənistanda 1400 dollara satılır.