AZ

İtaliyada almanların həbs etdiyi əsgərin varislərinə 80 il sonra təzminat ödənilib

Roma, 12 fevral, AZƏRTAC

İtaliyada almanlar tərəfindən həbs olunan əsgərin varislərinə 80 ildən sonra təzminat ödənilib.

AZƏRTAC xəbər verir ki, 1943-cü ildə almanlar tərəfindən həbs düşərgəsinə salınan venesiyalı əsgərin həbsi nəticəsində dəymiş ziyana görə onun ailə üzvləri 80 ildən çox çəkən məhkəmə-bürokratik prosesdən sonra kompensasiya ala biliblər. Əsgərin varislərinə 81 il 3 aydan sonra ümumilikdə 300 min avro təzminat ödənilib.

Həmin əsgərin 1943-cü il sentyabrın 9-də Florensiyada həbs olunduğu, daha sonra Almaniyadakı müxtəlif əmək düşərgələrinə sürgün edildiyi bildirilib. O, 1943-cü ildə atəşkəsdən sonra həbs edilərək konsentrasiya düşərgələrinə göndərilən təxminən 700 min əsgərdən biri olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
23
1
azertag.az

2Mənbələr