AZ

Daha ciddi təzyiqlər lazımdır: “Başqa yolla Rusiyanı razılığa gətirmək mümkün deyil”

“Hal-hazırda dünyada ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə əlaqəli cəhdlərindən doğan ümid öz reallığını qoruyur. Trampın hər kəsə verdiyi ümid nəticəsində gözləntilərin reallaşma ehtimalları hələlik mövcuddur”.

Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, tezliklə Ağ evdə Tramp və Zelenski görüşünün baş tutacağı qeyd edilir:

“Trampın Putinlə dəfələrlə danışıqlar apardığı məlumdur. Amma Trampın hələlik müharibənin dayandırılması ilə əlaqəli planının olmadığı da gələn xəbərlər arasındadır. Belə görünür ki, tərəflərin mövqelərində ayrılıqlar var. Rusiya Konstitusiyasına saldığı Ukrayna ərazilərini tam şəkildə istəyir. Ukrayna isə əksinə 2022-ci il fevralına qədər olan əraziləri geri istəyir. Kurskda ələ keçirdiyi ərazilərlə öz ərazilərini dəyişmək istəyir. Böyük ehtimalla Ukrayna Rusiyanın təklifləri ilə razılaşmayacaq. Burada Trampın atacağı addımlar əsas rol oynayacaq. Tramp əslində öz fikirlərinin əsirinə çevrilib.

Dediklərini edə bilməsə, tək onun yox, dünyanın vəziyyəti gərgin olacaq. Hesab edirəm ki, Rusiyanın mövqeyinin Ukrayna ilə razılaşdırılması məsələsi ciddi səylər tələb edəcək. Amma bunun indiki şərtlər altında mümkün olacağına ehtimal vermirəm. Rusiyanın daha ciddi təzyiqlərə məruz qalması lazımdır ki, məcbur olub irəli sürülən şərtlərlə razı olsun. Başqa yolla onun razılığa gətirilməsi mümkün deyil”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr