AZ

Tramp gizli şəkildə Vitkoffa Rusiya ilə dialoqun açılmasını tapşırıb

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiyada həbsdə olan ABŞ vətəndaşı Mark Fogeli azad etmək üçün Rusiyaya səfəri Vaşinqtonla Moskva arasında yeni ünsiyyət kanalının əlaməti ola bilər.

Herbiand.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Nəşr vəziyyətlə bağlı məlumatlandırılmış bir neçə şəxsə istinad edərək bildirir ki, xüsusi nümayyəndənin rolu məhkum edilmiş amerikalıları azad etmək missiyasından kənara çıxır və bu Rusiya ilə Ukrayna arasında sülh prosesinin başlanmasına hesablanıb.

Qəzet qeyd edir ki, Vogelin azad edilməsi üçüncü ölkələr vasitəsilə həyata keçirilən əvvəlki agent və məhbus mübadiləsindən fərqli idi: Vitkoff birbaşa Moskvaya uçdu və Rusiya hakimiyyət orqanları ilə əlaqə saxladı. Bundan əlavə, Moskvaya səfərindən əvvəl Yaxın Şərq üzrə xüsusi elçi Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqləri ilə birbaşa danışıqlar aparıb.

 

 

Seçilən
25
herbiand.az

1Mənbələr