AZ

Qabyuyan maşın qadını az qala “öldürəcəkdi”

Rusiyanın Sankt-Peterburq şəhərinin sakini az qala qabyuyan maşının qurbanı olacaqdı. AzPost MK-ya istinadla xəbər verir ki, 35 yaşlı qadın bədənində bıçaq yaraları ilə həkimə müraciət edib.

Məlum olub ki, qadın qabyuyan maşına bıçaq qoyarkən səndələyib və alətin üzərinə yıxılıb. Ərinin dediyinə görə, qadın Parkinson xəstəliyindən əziyyət çəkir. Həkimlər onun körpücük sümüyünün altındakı nahiyədə bıçaq yarası və döş qəfəsində açıq yara olduğunu müəyyən ediblər.

Zərərçəkmiş ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Qadının bədənindəki yaraları izah edən ər, arvadının qıcolma keçirdiyini və bıçağın üstünə düşdüyünü bildirirb.

Seçilən
20
azpost.info

1Mənbələr