AZ

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin səhhətində qəfil yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oğuz Çətinin reanimasiyaya yerləşdirildiyi, ümumi durumunun normal, şüurunun yerində olduğu qeyd edilib. Buna baxmayaraq, mütəxəssis bir müddət reanimasiyada həkimlərin nəzarəti altında saxlanılacaq.

Xatırladaq ki, Oğuz Çətin 2013/2014-cü illər mövsümündə “Xəzər Lənkəran” komandasında Mustafa Dənizlinin köməkçisi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərib. O, məşqçi kimi “Fənərbaxça”, “Kayseri Ərciyəsspor”, “Gənclərbirliyi”, “Diyarbəkirspor”, “Boluspor”, “Qaziantep BB” kimi klublarda da çalışıb. 61 yaşlı mütəxəssis Türkiyə millisində də həm köməkçi, həm də əsas baş məşqçi kimi fəaliyyət göstərib. Çətin 2019-cu ildən Türkiyə Futbol Federasiyasında çalışırdı.

Seçilən
39
18
arena.az

10Mənbələr