"Bakcell" və "Nar" bir SMS-in qiymətini 19 qəpiyə qaldırır.
"Bakcell" və "Nar" bir SMS-in dəyərini bütün paketlər üzrə 19 qəpik edəcək.
Operativ Media xəbər verir ki, dəyişikliklər 18 fevraldan qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda hər iki mobil operatorun müxtəlif tarifləri üzrə ölkədaxili 1 SMS-in dəyəri 9-14 qəpik təşkil edir.